RU

Gəncədəki hadisə ilə bağlı son dəqiqə açıqlaması

“11.06.2025-ci il tarixində saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir”.

Bu barədə TƏBİB-dən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir.

“Əlavə edək ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb”, - deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, bununla bağlı ilk xəbəri “Qafqazinfo” yayımlayıb.

"Cebheinfo.az" 

Избранный
44
2
cebheinfo.az

9Источники