Check-up müayinələri erkən diaqnostikanın ən effektiv vasitələrindən biridir. Bəzən insan özünü tam sağlam hiss etsə də, orqanizmdə gizli inkişaf edən ciddi xəstəliklər ola bilər.
Check-up məhz bu səssiz riskləri vaxtında üzə çıxarmağa imkan yaradır. Nəticədə müalicəyə daha erkən başlamaq və ciddi fəsadların qarşısını almaq mümkün olur.
Bəs klinikalarda check-up qiyməti nə qədərdir?
Operativ Media klinikalardakı check-up qiymətini araşdırıb.
“Medical Plaza”
- Uşaqlar üçün check-up: 80 AZN
- Böyüklər üçün check-up: 200 AZN
“Referans”
- Kişi laborator check-up (40 yaşdan aşağı): 158 AZN
- Kişi laborator check-up (40 yaşdan yuxarı): 243 AZN
- Kişi poliklinik check-up (40 yaşdan aşağı): 267 AZN
- Kişi poliklinik check-up (40 yaşdan yuxarı): 397 AZN
- Qadın laborator check-up (40 yaşdan aşağı): 168 AZN
- Qadın laborator check-up (40 yaşdan yuxarı): 316 AZN
- Qadın poliklinik check-up (40 yaşdan aşağı): 309 AZN
- Qadın poliklinik check-up (40 yaşdan yuxarı): 529 AZN
- Uşaq laborator check-up: 68 AZN
- Uşaq poliklinik check: 192 AZN
“Caspian İnternational Hospital”
- Şəkərli diabet check-up: 131 AZN
- Revmatoloji check-up: 99 AZN
- Endorkiniloji check-up: 180 AZN
- Anemiya check-up: 143 AZN
- Hepatit check-up: 143 AZN
- Qaraciyər check-up: 161 AZN
- Tiroid check-up: 153 AZN
“Sağlam ailə”
- Kişilər üçün: check-up növündən asılı olaraq 88-1412 AZN arası dəyişir.
- Qadınlar üçün: check-up növündən asılı olaraq 159-888 AZN arası dəyişir.
- Uşaqlar üçün: check-up növündən asılı olaraq 85-555 AZN arası dəyişir.
“Mərcan” klinikası
- Kardioloji check-up: 115 AZN
- Androloji check-up: 273 AZN
- Nevroloji check-up: 104 AZN
- Diabetik check-up: 127 AZN