AZ

Klinikalarda check-up qiymətləri - SİYAHI

Check-up müayinələri erkən diaqnostikanın ən effektiv vasitələrindən biridir. Bəzən insan özünü tam sağlam hiss etsə də, orqanizmdə gizli inkişaf edən ciddi xəstəliklər ola bilər. 

Check-up məhz bu səssiz riskləri vaxtında üzə çıxarmağa imkan yaradır. Nəticədə müalicəyə daha erkən başlamaq və ciddi fəsadların qarşısını almaq mümkün olur.

Bəs klinikalarda check-up qiyməti nə qədərdir?

Operativ Media klinikalardakı check-up qiymətini araşdırıb.

“Medical Plaza”

  • Uşaqlar üçün check-up: 80 AZN
  • Böyüklər üçün check-up: 200 AZN

 

“Referans”

  • Kişi laborator check-up (40 yaşdan aşağı): 158 AZN
  • Kişi laborator check-up (40 yaşdan yuxarı): 243 AZN
  • Kişi poliklinik check-up (40 yaşdan aşağı): 267 AZN
  • Kişi poliklinik check-up (40 yaşdan yuxarı): 397 AZN
  • Qadın laborator check-up (40 yaşdan aşağı): 168 AZN
  • Qadın laborator check-up (40 yaşdan yuxarı): 316 AZN
  • Qadın poliklinik check-up (40 yaşdan aşağı): 309 AZN
  • Qadın poliklinik check-up (40 yaşdan yuxarı): 529 AZN
  • Uşaq laborator check-up: 68 AZN
  • Uşaq poliklinik check: 192 AZN

 

“Caspian İnternational Hospital”

  • Şəkərli diabet check-up: 131 AZN
  • Revmatoloji check-up: 99 AZN
  • Endorkiniloji check-up: 180 AZN
  • Anemiya check-up: 143 AZN
  • Hepatit check-up: 143 AZN
  • Qaraciyər check-up: 161 AZN
  • Tiroid check-up: 153 AZN

“Sağlam ailə”

  • Kişilər üçün: check-up növündən asılı olaraq 88-1412 AZN arası dəyişir.
  • Qadınlar üçün: check-up növündən asılı olaraq 159-888 AZN arası dəyişir.
  • Uşaqlar üçün: check-up növündən asılı olaraq 85-555 AZN arası dəyişir.

 

“Mərcan” klinikası

  • Kardioloji check-up: 115 AZN
  • Androloji check-up: 273 AZN
  • Nevroloji check-up: 104 AZN
  • Diabetik check-up: 127 AZN
Seçilən
34
operativmedia.az

1Mənbələr