RU

Yunan hücumçu üçün 40 milyon avro təklif etdilər

“Olimpiakos”un futbolçusu Xaralampos Kostulas karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Brayton” yunan hücumçunun xidmətində maraqlıdır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Premyer Liqa klubu 18 yaşlı futbolçu üçün 40 milyon avro təklif edib. Danışıqlar davam edir.

Xaralampos başa çatan mövsümdə 30 oyunda 7 qol vurub.

Избранный
69
futbolpress.az

1Источники