RU

Türkiyədə ildırım 95 baş qoyunu tələf etdi

BAKI, 11 iyun. TELEQRAF

Türkiyənin Şırnak vilayətinin Güçlükonak qəsəbəsində ildırımın düşməsi nəticəsində 95 baş qoyun tələf olub.

Teleqraf "TRThaber"ə istinadən xəbər verir ki, Boyuncuk kəndində heyvan otaran Abdulhakim Öner qəfil yağan leysandan sonra qoyunları evə gətirmək istəyib.

Bu zaman güclü ildırım 95 qoyunu vurub.

Aidiyyəti qurumlar təsərrüfat sahibin dəymiş zərərin miqdarını hesablayır.

Избранный
55
2
teleqraf.com

4Источники