RU

Belarus-Litva münasibətlərində GƏRGİNLİK: Sərhəddə PUA vuruldu

Belarus-Litva sərhədində gərginlik yenidən diqqət mərkəzinə düşüb.

Belarus Dövlət Sərhəd Komitəsinin yaydığı məlumata görə, iyunun 11-də Litva ilə sərhədə yaxın məsafədə hərəkətdə olan pilotsuz uçuş aparatı (PUA) sərhədçilər tərəfindən aşkar edilərək yerə endirilib.

Hadisə Voronovski rayonunda, Belarus-Litva sərhədindən təxminən bir kilometr məsafədə baş verib.

Komitə qeyd edib ki, Lida sərhəd dəstəsinin hərbçiləri standart silahlardan istifadə edərək PUA-nı eniş etməyə məcbur ediblər.

Sərhədçilər dronun hansı ölkəyə məxsus olduğunu hələlik açıqlamayıblar. \\Ajans.az

Избранный
44
4
hurriyyet.az

5Источники