RU

Anasının ölümündən bir ay sonra şəhidimizin atası da vəfat etdi

Cəlilabadda şəhid Elçin İsmayılovun atası Ədalət İsmayılov uzun sürən xəstəlikdən sonra 77 yaşında dünyasını dəyişib. 

Bakıvaxtı.az-ın məlumatına görə, şəhidin atasının dəfn mərasimi sabah Cəlilabadın Təklə kəndində olacaq.

Qeyd edək ki, şəhid E. İsmayılov 1994-cü ildə birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

Xatırladaq ki, E.İsmayılovun anası Sifeyrə İsmayılova mayın 2-də dünyasını dəyişib. /Unikal

Избранный
66
2
bakivaxti.az

10Источники