RU

"Kapital bazarı üçün mühüm və böyük marağa səbəb olacaq mobil tətbiq istifadəyə verəcəyik"

“Hazırda “PAŞA Capital” mobil tətbiqimizi yeniləyirik. Yenilənmiş mobil tətbiq yay aylarında istifadəyə veriləcək. Biz inanırıq ki, yenilənmiş tətbiq kapital bazarı üçün mühüm yenilik və böyük marağa səbəb olacaq”.

Marja.az xəbər verir ki, bunu 2024-cü il üzrə Maliyyə Nəticələrinə dair mətbuat konfransında PAŞA Capital İnvestisiya Şirkəti”nin direktoru Ceyhun Hacıyev bildirib.

Ceyhun Hacıyev əlavə edib ki, “PAŞA Capital” “Kapital Bank”ın da daxil olduğu “PAŞA Holdinq”in şirkətlərindən biridir:  "Yaxın gələcəkdə “Birbank İnvest” tətbiqi bazara tətbiq olunacaq. Həmin tətbiqdə “PAŞA Capital” da yer alacaqdır".

Şirkətin direktoru əlavə edib ki, "PAŞA Capital” İT sistemlərini daha da inkişaf etdirməyi qarşısına məqsəd qoyub.

Избранный
62
1
marja.az

2Источники