“Öz səviyyələrinə uyğun qiymət verirlər” — Nəzakət Teymurova
“Orada qeyri-ciddi bir şey yoxdur. Rep üzərində sözlər deyib də, bunu niyə böyüdürsünüz, sənətkar adamdır. Sənətindən heç yazmırlar, o boyda şeylər edir, dünyanı gəzir, muğamı təbliğ edir”.
Bunu Demokrat.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib. O bildirib ki, sənət adamlarının bu cür mövzularla tanıdılmasını ümumiyyətlə xoşlamır:
“İnsandır, şadlana bilər. Toyda neyniyərlər? Gülərlər, oxuyarlar. Dil pəhləvanları oturub insanlara öz səviyyələrinə uyğun qiymət verirlər. Bu sənətkarlara dövlət, xalq qiymət verib. Sənəti olan adamları belə kiçik müzakirələrə qoşmaq düzgün deyil”.