RU

"Kiyev Rusiya ilə uzunmüddətli atəşkəsdə maraqlı deyil"- Səfir

"Kiyev və Moskva arasında uzunmüddətli atəşkəs mümkün deyil". 

News365.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Aİ-nin Ukraynadakı səfiri  Katarina Maternova deyib.  O, Kiyev və Moskva arasında uzunmüddətli atəşkəsin mümkünlüyünü rədd edib. Çünki bu, Ukraynanın maraqlarına uyğun deyil.   

"Hamı müvəqqəti atəşkəslə münaqişənin yekun həlli arasındakı fərqi başa düşür. Atəşkəsin dondurulmuş münaqişəyə çevrildiyi xətt çox incədir. Əgər kimsə bunu unudarsa, Ukrayna xatırladacaq ki, atəşkəs münaqişə tərəfləri arasında yalnız müvəqqəti fasilədir", - səfir bildirib.   

Diplomat həmçinin Rusiya lideri Vladimir Putini niyyətləri ilə bağlı illüziyalara yol verməməyə çağırıb.

Избранный
4
2
news365.az

3Источники