RU

Bar Kohen kimdi?

Mövsüm bitən kimi Elmar Baxşıyev və 12 futbolçu ilə yeni müqavilə imzalayan “Araz-Naxçıvan” ilk transferini gerşəkləşdirib. Naxçıvan təmsilçisi yay transfer nübarını İsraildən dərdi.

“Football”-plus.az” xəbər verir ki, “qırmızı-ağlar” İsrail “Makkabi”sindən (Netanya) Bar Koheni heyətinə qatıb.

İsrailin bütün aşağı yaş qrupu yığmalarında çıxış etmiş Kohen 10 nömrə mövqeyində oynayır. Hücumun sağ cinahına meyl edən yarımmüdafiəçi 8 nömrə mövqeyində də oynamağı bacarır. Amma yəqin ki, Elmar Baxşıyev onu elə hücumçunun arxasında - 10 nömrə kimi oynadacaq. Futbolçu son mövsümdə məhsuldarlıqla yadda qalmayıb. Belə ki, 26 mümkün oyundan 16-na çıxan 24 yaşlı futbolçu iki qol, bir məhsuldar ötürmə müəllifidi.

Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq Kohenin “transfermarkt” dəyəri 300 min avrodu.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
31
1
football-plus.az

2Источники