İranın cavab zərbələri nəticəsində İsrail çox güman ki, itkilərlə üzləşəcək. Onlar israillilərin vərdiş etdiyindən fərqli olacaqlar.
“Report” xəbər verir ki, bu barədə İsrailin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir tərəfindən edilən xəbərdarlıq olub.
“İsrail vətəndaşları, mən mütləq uğur vəd edə bilmərəm - İran rejimi cavab olaraq bizə hücum etməyə çalışacaq və gözlənilən itkilər bizim öyrəşdiyimizdən fərqli olacaq”.
O qeyd edib ki, İsrail ordusu ölkəni müdafiə etməyə hazırdır, lakin vətəndaşlar özlərinin və yaxınlarının təhlükəsizliyinin qayğısına qalmalı, təlimatlara qulaq asmalıdırlar.
Eyal Zamir, həmçinin qeyd edib ki, İsrailə meydan oxumağa cəhd edən hər kəs “ağır bədəl” ödəməli olacaq.