RU

İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb

İsrailin İrana hücumu elanı ilə bazarlar dalğalanmağa başladı. İsrailin hücumundan sonra neft qiymətləri təxminən 13 faiz artıb.

Bu səhər İsrail İranın Natanz şəhərindəki uranın zənginləşdirilməsi obyektlərini hədəfə alıb.

Təl-Əviv rəhbərliyi paytaxt Bağdadı da hədəf alarkən, hücumda İran İnqilab Keşikçiləri Komandiri Hüseyn Salami də daxil olmaqla yüksək rütbəli şəxslər həlak olub.

Yaxın Şərqdə gərginlik artdıqca, neftin qiymətləri də havaya qalxıb.

Tehranda güclü partlayışların eşidilməsindən sonra neft qiymətləri təxminən 13 faiz bahalaşıb.

ABŞ xam nefti sonuncu dəfə 11,38 faiz bahalaşaraq bir barel üçün 75,82 dollara, qlobal benchmark Brent markalı neft isə 10,28 faiz artaraq 76,48 dollar/barel olub.

“Neft obyektlərinə ziyan dəyməyib”

Hücumlardan sonra İran Milli Neft Emalı və Neft Məhsulları Paylama Şirkəti İsrailin hücumları nəticəsində ölkənin neft obyektlərinə ziyan dəymədiyini açıqlayıb.

Избранный
21
16
kommersant.az

10Источники