İran İsrailə cavab zərbəsi endirməyə başlayıb.
Reportyor.tv xəbər verir ki, İsrailə doğru 100-dən çox pilotsuz təyyarə buraxılıb. Bu barədə İsrail ordusunun sözçüsü Efi Defrin məlumat yayıb.
"IDF onları vurmaq üçün çalışır", - Defrin deyib.
Müxtəlif hesablamalara görə, pilotsuz təyyarələrin İsrailə çatması bir neçə saat çəkəcək.
İyunun 13-nə keçən gecə İsrail İslam Respublikasına qabaqlayıcı zərbə endirib.
Publika.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта