RU

Avropa Qızıl Liqası: Azərbaycan ilk qələbəsini qazana biləcək?

Qadın voleybolçulardan ibarət Avropa Qızıl Liqasında bu gün III mərhələyə start veriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi Xorvatiyada keçiriləcək turda ev sahibləri ilə qarşılaşacaq.

4 oyundan sonra aktivində xal olmayan və sonuncu pillədə qərarlaşan Faiq Qarayevin yetirmələri “qara zolaq”dan çıxmağa çalışacaqlar. Turnir cədvəlində 4 xalla 9-cu yerdə qərarlaşan xorvatların da asan təslim olacağı inandırıcı görünmür.

Qızıl Avropa Liqası
6 iyun, III tur
16:30. Azərbaycan - Xorvatiya
Hakimlər:
Sabine Uitt (Almaniya), Toni İvkoviç (Xorvatiya)
Zadar, “Kresimir Cosic Sports Hall”

Qeyd edək ki, millimiz sabah Monteneqro yığması ilə qarşılaşacaq.

İdman.biz

Избранный
29
2
idman.biz

3Источники