RU

“Xalq aslan kimi qalxacaq” - İsrailin əməliyyatının adı nədən XƏBƏR VERİR...

İsrailin İrana qarşı başladığı genişmiqyaslı hərbi hücuma “Am Kelavi” (Aslan kimi millət) adını verib. 

Modern.az xəbər verir ki, əməliyyat ingilis dilində “Rising Lion” (Yüksələn aslan) adlandırılıb.

Bu adın sadəcə hərbi deyil, həm də dini və simvolik mənası var.

İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyatdan əvvəl, cümə axşamı günü Qərb divarına (ağlama divarı) əlyazma bir qeyd yerləşdirib. Həmin qeyddə bu sözlər yazılıb: “Xalq aslan kimi qalxacaq.”

Bu ifadə Bibliyada, Saylar kitabının 23:24 ayəsində yer alır: "Bu xalq şir kimi qalxır, Aslan kimi pəncəsi üstdə durur. Öz şikarını yeməyincə,Öldürülənlərin qanını içməyincə rahatlaşan deyil".

 

Xatırladaq ki, bu gün səhər saatlarında İsrail İrana hücum edib. Zərbə zamanı SEPAH komandiri Hüseyn Səlami və Baş Qərargah rəisi Məhəmməd Baqiri də həlak olub.

Избранный
10
4
modern.az

5Источники