RU

Abramyan həbs olundu

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi ölkənin keçmiş baş naziri Ovik Abramyanı saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” mənbələrinə istinadən məlumat yayıb.

“Bu gün səhər saatlarında Korrupsiyaya qarşı Mübarizə Komitəsi Ermənistanın keçmiş baş naziri Ovik Abramyanı saxlayıb. Hazırda onun evində axtarış aparılır”, - mənbə bildirib.

Qeyd edək ki, Abramyan çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunur. O, 2014-2016-cı illərdə Ermənistanın baş naziri olub.

Избранный
22
1
axar.az

2Источники