RU

Azərbaycanda bu ilin sonuna yeni hotel istifadəyə veriləcək

BAKI, 13 iyun. TELEQRAF

Bu ilin sonuna 124 nömrəlik yeni “Lakeside” hotelinin istifadəyə verilməsinin nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov Şahdağda təşkil olunanmediaturda səsləndirib.

'Kompleksin inkişafının və genişləndirilməsinin mərhələli şəkildə həyata keçirilir və aparılan işlərin davamlı xarakter daşıyır.'-deyə o bildirib.

Əlavə olaarq, R.Nəcəfov gələn ilin mart ayında "Şahdağ"da keçiriləcək Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanııldığını və yeni 10 km-lik xizək yolunun inşasının aparıldığın vurğulayıb.

Bundan başqa, yay mövsümü ilə əlaqədar ərazidə və hotellərdə mövcud infrastrukturun təkmilləşdirildiyi, yenidənqurma və bərpa işlərinin aparıldığı, o cümlədən kanat xətlərinin, qonaqlara təklif olunan əyləncə növlərinin və atraksionların texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirildiyini qeyd edilib.

Избранный
19
1
teleqraf.com

2Источники