Bakı. Trend:
Azərbaycanda yay turizm mövsümünə start verilib.
Trend xəbərverir ki, Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzininbirgə təşkilatçılığı ilə yay mövsümünün açılışı, bu istiqamətdəhəyata keçirilən işlər və yeniliklərlə əlaqədar media nümayəndələriüçün “Şahdağ”a mediatur təşkil edilib.
Mediaturun əsas məqsədi Azərbaycanda yay turizminin inkişafı vətəbliğinə dəstək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindənhəyata keçirilən tədbirləri, o cümlədən mövcud turizmdestinasiyalarını və xidmətləri geniş ictimaiyyətin diqqətinəçatdırmaq, həmçinin "Şahdağ" Turizm Mərkəzində aparılaninfrastruktur yenilikləri və ziyarətçilər üçün yaradılan yeniimkanlarla bağlı məlumat verməkdir.
Tədbir çərçivəsində turizm sənayesinin yay turizm mövsümünəhazırlığını, eləcə də “Şahdağ” Turizm Mərkəzində yay mövsümündəturistlər üçün nəzərdə tutulan mövcud və yeni turizm məhsullarınıəhatə edən təqdimatlar nümayiş olunub.