Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının vətəndaşları Amal İbadov, Rizvan Məhərrəmli və Samir İsmayılovun Rusiya Federasiyasından ekstradisiyası təmin edilib.
Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Telegram kanalımız