RU

İranda BÖYÜK şəhərlər BOMBALANIR: Təbrizdən xeyli ÖLƏN var, əhali KÜÇƏLƏRƏ AXIŞDI – CANLI

İranın Yəzd şəhərində aksiyalar başlayıb. Nümayişçilər İran hakimiyyətini hücumlara görə İsraildən qisas almağa çağırırlar.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbər Seyid Əli Xameneinin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.
İsrail Hərbi Hava Qüvvələri İranın Xürrəmabad şəhərinə hava zərbələri endirir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Nəşr hücumun ikinci dalğası olduğunu bildirir.

Məlumata görə, əməliyyatların ikinci dalğası zamanı vurulan hədəflər arasında Təbriz Şəhid Mədəni Beynəlxalq Hava Limanı və Şirazdakı raket istehsalı müəssisəsi var.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Избранный
58
2
musavat.com

10Источники