RU

“Şamaxı”da Nəbiyev səsləri

“Səbail”lə müqaviləsi başa çatan Fərid Nəbiyev karyerasını “Şamaxı”da davam etdirə bilər.

FutbolPress“in əldə etdiyi məlumata görə, cinah hücumçusu “şirlər”dən təklif alıb. Nəbiyev daha bir neçə klubun diqqət mərkəzindədir və qərar verməyə tələsmir.

“Şamaxı”nın yerli oyunçulara üstünlük verməsi Nəbiyevin qərar verməsində təsiredici rol oynaya bilər. Vinger daha çox şans qazanacağı komandada oynamaq istəyir.

Fərid başa çatan mövsümdə “Səbail”lə 30 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Избранный
20
1
futbolpress.az

2Источники