AZ

“Şamaxı”da Nəbiyev səsləri

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Səbail”lə müqaviləsi başa çatan Fərid Nəbiyev karyerasını “Şamaxı”da davam etdirə bilər.

“FutbolPress“in əldə etdiyi məlumata görə, cinah hücumçusu “şirlər”dən təklif alıb. Nəbiyev daha bir neçə klubun diqqət mərkəzindədir və qərar verməyə tələsmir.

“Şamaxı”nın yerli oyunçulara üstünlük verməsi Nəbiyevin qərar verməsində təsiredici rol oynaya bilər. Vinger daha çox şans qazanacağı komandada oynamaq istəyir.

Fərid başa çatan mövsümdə “Səbail”lə 30 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
futbolpress.az

2Mənbələr