AZ

“Deyirlər ki, futboldan danışmayın, bizdə futbol olmayıb və olmayacaq”

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son klubu “Şamaxı” olan Kamal Bayramov karyerasını bitirib. Karyerası ərzində “Neftçi”, “Turan Tovuz”, “Muğan”, “Rəvan”, “Araz-Naxçıvan”, AZAL, “Zirə”, “Səbail” kimi klublarda forma geyinən qolkiper bundan sonra məşqçilik etmək istəyir.

Bayramov karyerası və planları ilə bağlı “FutbolPress“suallarını cavablandırdı:

– Karyeranı bitirmək asan deyil. İndi oturub vərəqləyirsən ki, nəyi necə etdim, nəyə görə etdim. Bunun üçün artıq kifayət qədər vaxtın olur. Futbolçu karyerası qısadır, zədələr olar, erkən bitirə bilərsən. Şükürlər olsun, 40 yaşıma qədər oynaya bildim. Gördüklərim həm meydanda, həm də meydandan kənarda böyük təcrübələr qazandırdı. Bundan sonra məşqçi kimi davam etməyi düşünürəm. C kateqoriyam var. Daha da oxumaq, təcrübə qazanmaq istəyirəm.

– Uzun karyeranız oldu, müxtəlif klublarda çıxış etdiniz. Sizin üçün xüsusi yeri, xatirəsi olan hansı idi?

– Konkret fərqləndirmək istəməzdim. Bir çox klubda yaxşı xatirələrim oldu. Karyeramda futboldan xəbəri olmayan insanlar da var idi…

– Kimləri nəzərdə tutursunuz?

– Ad çəkmək istəmirəm. Oxuyanda özləri biləcəklər.

– Nə etmişdilər?

– Elə insanlar oldu ki, dedi ki, futbolçunun üzü tüklü olmaz, səhər tezdən gəlib, axşam 6-da getməlisən… Xatırladıqca baxıram ki, nələrdən keçmişik və niyə inkişaf edə bilməmişik. Hələ bunlar sadə məsələlərdir. Çox danışmaq istəmirəm.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

– Sabiq klublarınızdan hansında məşqçilik etmək istərdiniz?

– Hələ bir şey yoxdur. İmkan olsa, işləyəcəyik, olmazsa da gözləyəcəyik. Məşqçilik belə işdir.

– Milli komandanın son iki matçı haqda nə düşünürsünüz?

– Futbol adamı kimi gündəlik azarkeşlər arasında oluruq. Xoşagəlməz suallar verilir. Hətta deyirlər ki, futboldan danışmayın, bizdə futbol olmayıb, olmayacaq. Bu cür hallarla çox rastlaşırıq. Ancaq məsələyə mən fərqli yanaşıram. Bizdə potensiallı uşaqlar var, ancaq müəyyən yaşdan sonra onları itiririr. Məsələ bu keçid dövründədir.

– Yeni mövsümdən legioner limiti də olmayacaq. Bu daha pis təsir edə bilər…

– İnanmıram ki, hansısa klub hər oyunda 3-4 yerli futbolçunu oynatsın. Təki yanılım… amma görünən odur ki, milli üçün daha çətin dönəm qabaqdadır. Son iki oyunda orta səviyyədə futbol nümayiş etdirdi. Hər kəs milli ruhdan, motivasiyadan danışır. Başa düşürəm, qələbə istəyirlər, amma reallığı qəbul etməliyik. Fərdi, ya komanda şəklində keyfiyyət olmazsa, heç bir motivasiyanın təsiri olmaz.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
2
futbolpress.az

3Mənbələr