Bakı. Trend:
Qırğızıstanın paytaxtı Bişkek şəhərinə Qırğız RespublikasınınƏmək, Sosial Təhlükəsizlik və Miqrasiya Nazirliyinin təşkilatçılığıilə “Sülh, Əmək və Xalqların Dostluğu” mövzusunda dəyirmi masakeçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindənməlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin əməkdaşları tədbirdə iştirak edib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun 2025-ci ildəTürk Dövlətləri Təşkilatına (TDT) sədrliyi ilə bağlı TədbirlərPlanı çərçivəsində baş tutan və TDT-yə üzv ölkələrinnümayəndələrinin iştirak etdiyi dəyirmi masada diaspor, əmək vəmiqrasiya sahələri ilə bağlı mövzular, xüsusilə əməkdaşlığıngücləndirilməsi məsələləri geniş müzakirə olunub.
Qonaqları salamlayan Qırğız Respublikasının Əmək, SosialTəhlükəsizlik və Miqrasiya naziri Ravşanbek Sabirov “Sülh, Əmək vəXalqların Dostluğu” mövzusunun türk xalqları arasında dərin mənəvivə tarixi bağları əks etdirdiyini bildirib. Nazir bu mövzunun təkcəortaq mənşə və dil ilə məhdudlaşmadığını, eyni zamanda əsrlər boyuformalaşan, güclənən mənəvi dəyərləri, qardaşlıq ruhunu əhatəetdiyini vurğulayıb.
Tədbirdə çıxış edən komitənin əməkdaşı Şəfəq Binnətova sonillərdə Azərbaycan ilə TDT-yə üzv ölkələr arasında əlaqələrinsürətlə inkişaf etdiyini, bunun isə diaspor sahəsində daha sıx vəsistemli əməkdaşlıq üçün geniş imkanlar yaratdığını söyləyib. TDTilə əməkdaşlıq çərçivəsində komitənin həyata keçirdiyi layihələrbarədə məlumat verib, bu kimi tədbirlərin tərəfdaş qurumlararasında əməkdaşlığın inkişafı üçün müsbət addım olduğunu qeydedib.
Tədbirdə TDT-nin birinci katibi Ali Çiviler, eləcə dəQazaxıstan, Özbəkistan, Türkiyə və Qırğızıstandan olan nümayəndələrçıxış edərək fəaliyyətləri və həyata keçirdikləri layihələr barədədanışıblar.
Dəyirmi masada diaspor qurumları arasındakı əlaqələrindərinləşdirilməsi, koordinasiyalı fəaliyyətin təşviqi vəəməkdaşlığın davamlı şəkildə genişləndirilməsi əsas hədəflər kimimüəyyən edilib.
Komitə əməkdaşları daha sonra Bişkekdəki Azərbaycan Mədəniyyətvə Təhsil Mərkəzində olublar. Orada keçirilən dərslər, mədənitədbirlər və mərkəzin Azərbaycan dili və mədəniyyətininyayılmasındakı rolu barədə məlumat alıblar. Onlar, həmçininmərkəzin təhsil proqramları və yerli icma ilə əməkdaşlığı haqqındageniş fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində nümayəndə heyəti Qırğızıstan-AzərbaycanDostluq Parkını da ziyarət edib. Azərbaycan və Qırğızıstanarasındakı dostluq və əməkdaşlıq əlaqələrini simvolizə edən bu park11 oktyabr 2022-ci ildə açılıb. Açılışda Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti SadırJaparov iştirak edib.