RU

Şəmkirdə kanalda boğulan şəxslərin meyiti tapılıb – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Mehrili kəndində Şəmkirçay su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki,  Nazirlikdən APA-ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

20:58

Şəmkirdə iki nəfər suda boğulub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Seyfəli kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Ü. İbrahimov və daha bir qadın Şəmkirin Dəriyaçay su kanalında boğulublar.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ü. İbrahimovun meyti sudan çıxarılıb. 2005-ci il təvəllüdlü A. Həsənovanın axtarışı isə davam etdirilir.

Məlumata görə onlar su kanalında çimən zaman boğulublar.

Избранный
18
2
nocomment.az

10Источники