Bir qrup xarici ölkə vətəndaşının İrandan Azərbaycana təxliyə olunması üçün Astara sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq açılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, ilkin mərhələdə İranda olan 6 nəfər xarici ölkə vətəndaşı Azərbaycan vasitəsi ilə təxliyə olunub. Onların hamısı Qazaxıstan vətəndaşlarıdır.
Azərbaycan hökuməti təxliyə olunan əcnəbiləri daşımaq üçün əraziyə avtobuslar göndərib.
Bundan başqa sərhəd-keçid məntəqəsinə təcili tibbi yardım briqadası ezam olunub.