AZ

Azərbaycan-İran sərhədindəki keçid məntəqəsi açıldı: Xaricilər təxliyə olunur - Fotolar

Bir qrup xarici ölkə vətəndaşının İrandan Azərbaycana təxliyə olunması üçün Astara sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq açılıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, ilkin mərhələdə İranda olan 6 nəfər xarici ölkə vətəndaşı Azərbaycan vasitəsi ilə təxliyə olunub. Onların hamısı Qazaxıstan vətəndaşlarıdır.

Azərbaycan hökuməti təxliyə olunan əcnəbiləri daşımaq üçün əraziyə avtobuslar göndərib.

Bundan başqa sərhəd-keçid məntəqəsinə təcili tibbi yardım briqadası ezam olunub.

Seçilən
3
6
publika.az

6Mənbələr