RU

15 iyun Azərbaycanın parçalanma təhlükəsindən qurtulduğu tarix



"15 iyun sıradan bir gün deyil. 15 iyun Azərbaycanın parçalanma təhlükəsindən qurtulduğu, dövlətçiliyimizin məhv olmasından xilas edildiyi tarixdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov 15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışarkən səsləndirib. Millət vəkili qeyd edib ki, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən Bakıya qayıdıb siyasi hakimiyyətdə təmsil olunmasaydı bu gün Azərbaycanın mövcudluğundan danışmaq çətin olardı:

"Faktiki olaraq 1993-cü ilin iyununda Azərbaycanda hazırlanmış ssenari ondan ibarət idi ki, ölkəmizin müstəqilliyinə son qoyulsun, Azərbaycan bir neçə yerə parçalansın. Həmin ssenarini hazırlayan xarici güclər və onların daxildəki əlaltıları təsəvvür edə bilmirdilər ki, Ulu Öndər Naxçıvandan Bakıya qayıdıb təhdid və təhlükələri zərərsizləşdirə biləcək".

Millət vəkili deyib ki, ümummilli lider xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq qısa müddətdə vətəndaş müharibəsinin qarşısını ala, sabitliyi bərpa edə bildi:

"Tezliklə siyasi sabitliyi bərpa edən Ulu Öndər ölkədə iqtisadi və sosial inkişafa da nail oldu. Ümummilli liderin siyasi təcrübəsi və gərgin fəaliyyəti nəticəsində 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan sürətli iqtisadi inkişaf dövrünə qədəm qoydu".

Millət vəkili qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət günümüzdə Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Süleyman
Избранный
33
1
newscenter.az

2Источники