News24 portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Sankt-Peterburqun Frunzenski rayonunda iki yaşlı uşaq siçovul zəhəri qəbul edərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, hadisə Malaya Buxarestskaya küçəsindəki çoxmərtəbəli binada baş verib.
Məlumata görə, uşaq valideynlərin səhlənkarlığı səbəbindən siçovul zəhərini yeyib. Uşağa ağır zəhərlənmə diaqnozu qoyulub.
Qeyd edək ki, bu, Rusiyada son günlər uşaqlarla bağlı qeydə alınan yeganə zəhərlənmə deyil. Daha əvvəl Tatarıstanda məktəbli qələm qapağını udaraq xəstəxanaya düşmüş, Sankt-Peterburqda isə bir yaşlı uşaq antidepresanlardan zəhərlənmişdi.
Səma Orucova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.