RU

Hindistanın şimalında helikopter qəzaya uğradı

BAKI, 15 iyun. TELEQRAF

Hindistanın şimalında Himalay dağlarında helikopter qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

İlkin məlumata görə, göyərtədə pilot da daxil olmaqla 7 nəfər varmış.

NDTV xəbər verir ki, onların hamısı həlak olub.

Ölənlərin sayı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Helikopter Uttarakhandın dağlıq bölgəsindəki Kedarnath kəndindən qayıdırmış. Qəzanın əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi ehtimal olunur.

Избранный
115
50
teleqraf.com

10Источники