RU

Husilər İranla koordinasiyalı şəkildə İsrailə hipersəsli raketlər atıblar

Yəmənin "Ənsar Allah" qiyamçı hərəkatından olan husilər İsrail Müdafiə Ordusunun Təl-Əvivdəki infrastrukturuna zərbələr endirib.
 
Oxu.Az bildirir ki, bu barədə qiyamçıların formalaşdırdıqları silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın "Telegram" kanalında dərc olunan bəyanatında deyilir.
 
Bildirilir ki, gün ərzində İsrail ərazisinə "Fələstin-2" tipli bir neçə hipersəsli ballistik raket atılıb.
 
İddia olunur ki, bütün mərmilər hədəflərinə çatıb, hücum İran Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Избранный
8
1
moderator.az

2Источники