Yəmənin "Ənsar Allah" qiyamçı hərəkatından olan husilər İsrail Müdafiə Ordusunun Təl-Əvivdəki infrastrukturuna zərbələr endirib.
Oxu.Az bildirir ki, bu barədə qiyamçıların formalaşdırdıqları silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın "Telegram" kanalında dərc olunan bəyanatında deyilir.
Bildirilir ki, gün ərzində İsrail ərazisinə "Fələstin-2" tipli bir neçə hipersəsli ballistik raket atılıb.
İddia olunur ki, bütün mərmilər hədəflərinə çatıb, hücum İran Silahlı Qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.