Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında növbəti telefon danışığı olub.
“Fikir mübadiləsi təbii olaraq, Yaxın Şərqdə vəziyyətin təhlükəli gərginləşməsinə yönəlib. Vladimir Putin münaqişənin bütün Yaxın Şərqdəki vəziyyət üçün gözlənilməz nəticələrə gətirib çıxara biləcəyi ehtimalı ilə bağlı ciddi narahatlığını bildirib”, - Kreml sözçüsü əlavə edib.
O deyib ki, Prezident amerikalı həmkarını İsrailin Baş naziri və İran Prezidenti ilə apardığı telefon əlaqələri barədə məlumatlandırıb.