Türkiyə Prezidenti Administrasiyasının Komminikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsini rəsmiləşdirən Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümü və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycana təbrik mesajı ünvanlayıb.
Operativ Media xəbər verir ki, Fahrettin Altun bu haqda "X" platformasında paylaşım edib.
"Can Azərbaycanın Milli Qurtuluş Gününü və Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm. Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində qardaş Azərbaycan ilə həqiqətləri dünyaya birgə çatdırmaq naminə birlikdə və qətiyyətlə gələcəyə doğru irəliləyəcəyimizə ürəkdən inanıram. Bu xoş gün münasibətilə azərbaycanlı qardaşlarıma ən səmimi hörmət, salam və məhəbbətimi çatdırıram”- F.Altun qeyd edib.