RU

Netanyahudan ŞOK AÇIQLAMA: İsrail İran kəşfiyyatının rəhbəri Məhəmməd Kazemini zərərsizləşdirib

ain.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin Baş naziri Benyamin Netanyahu verdiyi açıqlamada İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat rəhbəri Məhəmməd Kazeminin həyata keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirildiyini bildirib.

Musavat.com xəbər verir ki, Netanyahunun sözlərinə görə, bu addım İsrailin İranın hərbi və kəşfiyyat strukturlarına qarşı apardığı “hədəfli zərbələr” strategiyasının tərkib hissəsidir:

“İsrail öz təhlükəsizliyini təhdid edən istənilən fiqura qarşı cavab verməkdə qətiyyətlidir. Məhəmməd Kazeminin zərərsizləşdirilməsi bunun açıq nümunəsidir”, – deyə o vurğulayıb.

İran tərəfi hələlik bu məlumatı rəsmi olaraq təsdiqləməyib və ya təkzib etməyib.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
66
3
pravda.az

10Источники