RU

“İsfahan reaktorunu məhv etdik” - Netanyahu

“Natzan reaktorunu məhv etdik və onsuz nüvə silahı hazırlamaq mümkün deyil. Lazım olsa, daha çox işlər görəcəyik”.

 “Qafqazinfo” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News”a deyib.

“Hərəkətə keçməli idik. Özümüzü və dünyanı nüvə qırğınından xilas etmək üçün bunu etdik. Onlar uranı silahlandırmaq üçün gizli plan üzərində işləyirdilər, çox sürətlə irəliləyirdilər, sınaq cihazına, bəlkə də, ilkin qurğuya aylar ərzində nail olacaqdılar. Bizim üçün ikinci bir nüvə soyqırımı olmayacaq. Əvvəlki əsrdə belə bir holokost olmuşdu”.

Netanyahu İrandakı hadisələrin gedişatında rejim dəyişikliyi olub-olmaması ilə bağlı suala belə cavab verib:

“Əlbəttə ki, nəticə ola bilər, çünki İran rejimi çox zəifdir. Onlar qadınları güllələyirlər, çünki saçları açıqdır. Tələbələri güllələyirlər. İran xalqına oksigeni belə çox görürlər. Hərəkət etmək, bu dəfə ayağa qalxmaq İran xalqının qərarıdır”.

Избранный
20
12
qafqazinfo.az

10Источники