RU

Ərdoğan Trampla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefonla danışıb.

"Unikal" xəbər verir ki, telefon danışığı zamanı zamanı ikitərəfli və regional məsələlər, ilk növbədə İsrail və İran arasındakı münaqişə müzakirə olunub.

Prezident Ərdoğan ABŞ prezidenti Trampın İsrail-İran münaqişəsinə son qoyulması və bölgədə sülhün bərqərar olması ilə bağlı son açıqlamalarını alqışlayıb və bütün bölgəni alovlandıra biləcək bir fəlakətin qarşısının alınması üçün ən qısa zamanda tədbir görülməli olduğunu vurğulayıb.

Ərdoğan nüvə mübahisəsinin həllinin yeganə yolunun diplomatiyadan keçdiyini və Türkiyənin bu yolda hər cür səy göstərməyə hazır olduğunu bildirib.

Ərdoğan İsrailin İrana hücumları ilə başlayan zorakılıq aktlarının hər iki tərəfə qarşısıalınmaz iqtisadi və mülki ziyan vurduğunu və bu təhlükəli kursun qarşısı alınmalı olduğunu bildirib.

Избранный
23
50
unikal.az

10Источники