Kişi voleybolçulardan ibarət millimiz Gümüş Avropa Liqasında növbəti matçını keçirib.
"Football-plus.az" xəbər verir ki, komandamız GİN-in Voleybol Mərkəzində Macarıstan voleybolçularına 1:3 hesabı ilə məğlub olub.
İlk setdə hesabda geri düşən yığma ikinci setdə bərabərliyə nail olsa da, üçüncü və dördüncü setlərdə rəqiblə bacarmayıb.
Gümüş Avropa Liqası
2-ci mərhələ
Azərbaycan - Macarıstan 1:3 (15:25, 25:22, 18:25, 16:25)
Qeyd edək ki, daha əvvəl Gürcüstana 3:0 hesabı ilə qalib gələn yığmamız İsveç və Lüksemburqa eyni hesabla uduzub. 4 oyundan sonra 3 xalı olan komandamız səkkiz iştirakçı arasında 5-ci yerdə qərarlaşıb.
Azərbaycan voleybolçuları növbəti oyunu iyunun 20-də Farer adaları yığması ilə keçirəcəklər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта