Avqustun 30-da Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, “At gücü” adlı tədbiri Azərbaycan Avtomobil Federasiyası (AAF) Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) ilə birgə təşkil edəcək.

Dənizkənarı Milli Parkdan start götürəcək yürüş paytaxtın mərkəzi küçələrini əhatə edəcək və Binə Atçılıq Mərkəzində başa çatacaq.

Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, eləcə də milli atüstü oyun növlərindən olan çövkən yarışı və atların şousu gerçəkləşəcək.