Mingəçevirdə piyadanı maşın vurub.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində mərkəzi bazar yaxınlığında baş verib. "Şevrolet" markalı avtomobil yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Ağdaş rayon sakini Əhmədov Umudvar Həmdiyyə oğlunu vurub. Yaralı piyada xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov