RU

Arvadını qonşudakı qadına bənzədiyi üçün döyüb – Bakıda İLGİNC OLAY

Sabunçuda arvadını qonşusuna bənzədiyi üçün döyən şəxs həbs edilib. Zərərçəkmiş qadın deyib ki, əri absurd fikirlərlə onu dəfələrlə döyüb. Bir dəfə də məhkəmə binasında arvadını döyən şəxs bu dəfə həbs edilib.

 

Sfera.az “Musavat.com”a istinadən xəbər verir ki, 38 yaşlı Rəşad (ad şərtidir) mütəmadi olaraq arvadı Güləri (ad şərtidir) döyürmüş.

 

Bəhanə isə müxtəlif olurmuş. Daha çox içki içdikdən sonra arvadını döyən Rəşad sonuncu dəfə arvadını qonşusuna bənzədiyi üçün döyüb.

 

Belə ki, onların qonşuluğunda arvadına bənzəyən və yüngül həyat tərzi sürən qadın var imiş. Həmin qadın Gülərə bənzədiyi üçün Rəşad buna əsəbiləşərək arvadını döyüb. Həmin qadın haqqında yayılan şaiyələr Rəşadı daha da əsəbiləşdirib və sonuncu dəfə içki içdikdən sonra arvadını döyüb.

 

O, daha əvvəl də arvadını müxtəlif bəhanələrlə döyübmüş. Gülərin ifadəsindən məlum olub ki, yaşadıqları binada 6-cı mərtəbədə qadın balkona çıxıb. Rəşad həmin qadının Gülər olduğunu düşünərək onu döyüb. Gülər isə həmin vaxt evdən çıxmadığını bildirib.

 

Gülər müxtəlif bəhanələrlə döyülən zaman uşaqları bunu videoya çəkib. Rəşad spirtli içkinin təsirindən ayılanda həmin videoları ona göstəriblər. Rəşad ayıldıqdan sonra arvadına deyilən sözləri inkar edərək Gülərin yaxşı qadın olduğunu, etdiklərini xatırlamadığını söyləyirmiş.
 

Rəşad bir dəfə də Güləri məhkəmədə döyüb. Onlar boşanmaq üçün məhkəməyə müraciət edəndə Rəşad Güləri məhkəmədə döyüb. Amma onlar boşanmayıb və Gülər Rəşadı bağışlayıb.

 

Gülər bu dəfə də Rəşadı bağışlayıb. Məhkəmədə bidirib ki, bu, sonuncu dəfədir ki, Rəşadı bağışlayır. Rəşad daha əvvəl də Güləri döydüyü üçün məsuliyyətə cəlb edilmişdi.
 

Məhkəmə bu dəfə Rəşad barəsində daha ağır cəza təyin edib. Hökmə əsasən Rəşad 5 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

Избранный
74
10
sfera.az

10Источники