RU

İsrailin hücumları nəticəsində İranda 224 nəfər həlak olub

İsrailin hücumları nəticəsində İranda 224 nəfər həlak olub

Yaralananların sayı 1 200-dən çoxdur

İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində 224 nəfər həyatını itirib, yaralananların sayı isə 1 200-dən çoxdur.

AFN.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur sosial mediada məlumat verib:

“Sionist rejimin 65 saat davam edən təcavüzü nəticəsində ölən və yaralananların ümumi sayı 1 481 nəfərə çatıb. Onlardan 1 277-si ölkənin universitet xəstəxanalarında müalicə alır. İndiyə qədər 224 nəfərin öldüyü təsdiqlənib”, – deyə o bildirib.

Hüseyn Kermanpur əlavə edib ki, yaralıların 90 faizdən çoxu mülki vətəndaşlardır, onların arasında qadınlar və uşaqlar da var.

İran rəsmiləri bu hücumların beynəlxalq hüququn norma və prinsiplərini pozduğunu qeyd edərək, beynəlxalq ictimaiyyəti İsrailin təcavüzkar siyasətinə qarşı tədbir görməyə çağırıblar.

Избранный
63
afn.az

1Источники