Perunun Kallao bölgəsi sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi məlumat yayıb.
Onun sözlərinə görə, yeraltı təkanlar saat 11:35-də (Bakı vaxtı ilə 18:35) baş verib.
Zəlzələnin episentri Lima yaxınlığında yerləşən Kallao Konstitusiya əyalətindən 30 km cənub-qərbdə yerləşib . Zəlzələnin ocağı 49 km dərinlikdə yerləşib.