RU

Dembele kimi futbol tarixinin ən yaxşı oyunçusu hesab edir?

PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele futbol tarixinin ən yaxşı oyunçusunun kimliyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, fransalı ulduzun müvafiq cavabını təqdim edir:

“Mən Maykl Cordanı tanımırdım, amma mən “Son rəqs”ə baxmışdım, bu isə inanılmazdır. Bir düşünün ki, əvvəllər sosial şəbəkələr yox idi, o isə öz nəslinin hüdudlarını aşmışdı. Onun “Çikaqo Bullz”la etdikləri – inanılmazdır. Mən “Barselona”nı izləyərək böyümüşəm, odur ki, təbii ki, “Leo” Messi. Mənim üçün o, ən görkəmlidir. O, məni ilhamlandıran oyunçudur, o, müstəsnadır!”, deyə Dembele məmnunluqla vurğulayıb.

Xatırladaq ki, Lionel Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib və Kataloniya klubunun canlı əfsanələrindən hesab edilir.
Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 21 oyuna 15 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 60 oyun, 49 qol və 24 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 193 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Избранный
44
1
arena.az

10Источники