Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanı bir idmançı təmsil edəcək.
Far.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev yarışa 1/16 final mərhələsindən qoşulacaq. Onun rəqibi polşalı Pavel Drjimal və çinli Jianqnan Vanq arasında keçiriləcək görüşün qalibi olacaq.
Qeyd edək ki, indiyədək fərdi yarışlarda Azərbaycan yığmasının 4 qadın cüdoçusu mübarizəni erkən dayandırıb. Kişilər arasında isə yalnız Rəşid Məmmədəliyev (73 kq) 1/4 finala qədər yüksələrək 7-ci yeri tutub.