RU

Mədənçıxarma sektoruna kredit qoyuluşlarının həcmi 760 milyon manatı ötüb

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən mədənçıxarma və elektrik enerjisi, qaz,buxar, eləcə də su təsərrüfatı sektoruna qoyulmuş kreditlərin həcmi764,4 milyon manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldəedib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 1,4 milyon manat vəya 0,2% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 65,8 milyonmanat və ya 7,9% azdır.

Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 29,9 milyard manattəşkil edib.

Bu da aylıq müqayisədə 219,4 milyon manat və ya 0,7%, 2024-cüilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,9 milyard manatvə ya 15,1% artım deməkdir.

Избранный
15
az.trend.az

1Источники