RU

Luis de la Fuente Lamin Yamalı qiymətləndirdi

İspaniya yımasının baş məşqçisi Luis de la Fuente “Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamala təzyiq haqda söhbət açıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, 63 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“İspaniyada biz özünüməhvə meylliyik – göylərə qədər ucaldırıq, sonra isə bircə səhv müqabilində hay-həşir salırıq: “Yox, o, biz deyən deyil”. Həyatda tarazlıq vacibdir – nə uğurdan başın gillənməməli, nə də müvəffəqiyyətsizlikdən yas tutmamalısan. Təmkinli olmaq gərəkdir”, deyə Luis de la Fuente vurğulayıb.

Xatırladaq ki, Lamin Yamal cari mövsümün “Qızıl top” mükafatına əsas namizədlərdən biridir. Həmçinin yeniyetmə ulduz “Transfermarkt” internet-portalının yay yenilənməsinin yekunları üzrə dünyannı ən bahalı oyunçusu ünvanına sahib olub. Yamalın transfer dəyəri 200 milyon avro məbləğində qiymətləndirilir.

Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 55 oyuna çıxıb, 18 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 106 oyun, 25 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 21 oyun keçirib, 6 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

Избранный
23
arena.az

1Источники