RU

AZIPS, XÖHKS və AÖS vasitəsilə aparılan əməliyyatların DİNAMİKASI

Bakı. Trend:

Bu ilin aprel ayı ərzində Azərbaycanda Real Vaxt RejimindəHesablaşmalar Sistemində (AZIPS) aparılan tranzaksiyaların həcmi 71milyard manatı, sayı isə 193 min ədədi ötüb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinənisbətdə aparılan əməliyyatların həcmində 22,8 milyard manat və ya47,5%, sayında isə 14,4 min vahid və ya 8% artım qeydə alınıb.

Belə ki, 2024-cü ilin aprelində ölkədə AZIPS vasitəsilə aparılanəməliyyatların həcmi 48,1 milyard manatı, sayı isə 179 min ədədiötmüşdü.

Bundan başqa, 2025-ci ilin aprel ayında Azərbaycanda AniÖdənişlər Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların həcmi136,5 milyon manat, sayı isə 114,1 min ədədə bərabər olub.

2024-cü ilin eyni ayı ilə müqayisədə AÖS vasitəsilə aparılanəməliyyatların həcmində 50 milyon manat və ya 57,8%, sayında isə46,4 min vahid və ya 68,5% artım qeydə alınıb.

Qeyd edək ki, ötən ilin aprel ayında ölkədə AÖS vasitəsiləaparılan əməliyyatların həcmi 86,5 milyon manat, sayı isə 67,7 minədədə bərabər olub.

2025-ci ilin aprelində ölkədə Xırda Ödənişlər üzrə HesablaşmaKlirinq Sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən əməliyyatlarınhəcmi 6,257 milyard manatı, sayı isə 15,1 min ədədi keçib.

Ötən ilin eyni ayı ilə müqayisədə XÖHKS vasitəsilə aparılanəməliyyatların həcmində 1,5 milyard manat və ya 31,4%, sayında isətəqribən 1 milyon vahid və ya 7,2% artım qeydə alınıb.

Избранный
19
az.trend.az

1Источники