Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi Dubaydan anonim rəsmi mənbəyə istinadla xəbər yayıb.
Agentlik həmin şəxsin vətəndaşlığını açıqlamasa da, onun İranın Qətər və Omanla apardığı təmaslar barədə məlumatlı olduğunu iddia edir.
"İranlılar qətərli və omanlı vasitəçiləri məlumatlandırıblar ki, İsrailin qabaqlayıcı zərbələrinə cavablarını başa vurduqdan sonra ciddi danışıqlara hazır ola bilərlər. İran açıq şəkildə bildirib ki, hücumlara məruz qaldığı müddətdə danışıqlara başlamayacaq", - deyə mənbədən bildirilib.
Rəsminin sözlərinə görə, İranın guya Qətər və Oman vasitəsilə ABŞ-ni danışıqlara qoşulmağa çağırması və nüvə proqramı ilə bağlı müzakirələri bərpa etməyə hazır olduğunu bildirməsi barədə yayılan xəbərlər dəqiq deyil.
İndiyədək nə İran, nə Oman, nə də Qətər bu məsələyə dair rəsmi açıqlama verməyiblər.
Məlumat üçün qeyd olunur ki, son aylar Oman İranla ABŞ arasında nüvə proqramı üzrə danışıqlarda vasitəçilik edib. Sonuncu raund şənbə günü baş tutmalı idi, lakin İsrailin hava zərbələri səbəbilə ləğv olunub.
Qətər isə daha əvvəl İran və İsrail arasında təmaslarda vasitəçi kimi çıxış edib.
10Источники
-
musavat.comG7 sammitinin birgə bəyanatı yayıldı: İran böhranının həlli... ( 18307759)
-
news24.azTramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamadı ( 18299701)
-
senzor.azTramp G7-nin İsrail və İranla bağlı bəyanat layihəsini imzalamaqdanİMTİNA ETDİ ( 18306013)
-
senzor.azTramp G7-nin İsrail və İranla bağlı bəyanat layihəsini imzalamaqdanİMTİNA ETDİ ( 18305596)
-
konkret.azKİV: Tramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamayıb ( 18301240)
-
news365.azG7-nin İran-İsrail bəyanatı – Tramp niyə imzalamadı? ( 18300835)
-
turkic.worldTramp G7-nin bəyanat layihəsini imzalamaqdan imtina edib ( 18300811)
-
axar.azG7-nin İran-İsrail bəyanatı – Tramp niyə imzalamadı? ( 18300718)
-
hakimiyyet.azKİV: Tramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamayıb ( 18299863)
-
referans.azTramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamadı ( 18299779)